Trampın reytinqi ən aşağı həddə düşdü

25.03.2026

Axar.az saytına istinadən Icma.az xəbər verir.

İran müharibəsi və yanacaq qiymətlərinin kəskin artması fonunda ABŞ Prezidenti Donald Trampın reytinqi 36%-ə düşüb.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” agentliyi və “İpsos” araşdırma mərkəzinin keçirdiyi rəy sorğusunun nəticələrində qeyd olunub.

“ABŞ Prezidenti Donald Trampın reytinqi 36%-ə düşüb ki, bu da prezidentliyə qayıtdıqdan bəri ən aşağı səviyyədir. Çünki yanacaq qiymətlərinin artması və İran müharibəsinə qarşı artan müxalifət ictimai rəyə ağır təsir göstərir”, - məlumatda qeyd olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью