Trampın reytinqi rekord minimuma düşdü

31.03.2026

Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.


ABŞ Prezidenti Donald Trampın reytinqi yeni minimuma düşüb və İrandakı müharibəni dəstəklədiyini deyənlərin sayı azalıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Hill” qəzeti Massaçusets Universitetinin sorğusuna istinadla məlumat yayıb.
Sorğuya görə, respondentlərin 33%-i respublikaçını prezident kimi dəstəklədiyini bildirib. Respondentlərin 62%-i siyasətçinin siyasətini bəyənmədiyini qeyd edib.
Sorğuda iştirak edənlərin 53%-i isə Trampın hazırkı siyasi kursuna kəskin etirazını bildirib.
Bundan əlavə, sorğuda iştirak edən amerikalıların yalnız 29%-i ABŞ Prezidentinin İrandakı siyasətini dəstəklədiyini, 63%-i isə onun Yaxın Şərqdəki siyasətini bəyənmədiyini bildirib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью