Trampın reytinqi tarixi minimuma DÜŞDÜ

17.09.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Trampın fəaliyyətini bəyənənlərin reytinqi ikinci prezidentlik müddətində ən aşağı səviyyəyə enib.

Redaktor.az xəbər verir ki, bu barədə “Newsweek” Marquette Universitetinin keçirdiyi sorğunun nəticələrinə istinadən məlumat yayıb.

Sorğuya əsasən, amerikalıların 37 faizi Trampın fəaliyyətini bəyənir, 63 faizi isə onun işini müsbət qiymətləndirmir. Nəşr qeyd edib ki, Trampın dəstək göstəricisi iyul ayında 40 faiz təşkil edib. Hazırkı göstərici may və iyun aylarında qeydə alınan əvvəlki minimumdan da 1 faiz aşağıdır.

“Newsweek”in yazdığına görə, reytinqin azalması ictimaiyyətin Trampın əsas iqtisadi və xarici siyasət məsələlərinin həllində atdığı addımlara olan inamının zəifləməsi fonunda baş verir.

NURİYYƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью