Trampın reytinqində antirekord: 32 faizə düşdü

26.09.2026

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Trampın fəaliyyətini dəstəkləyənlərin reytinqi 32%-ə enib ki, bu da onun bütün siyasi karyerası ərzində ən aşağı göstəricidir.
Bizim.Media xəbər verir ki, bu barədə "The Hill" nəşri yazır. 
Eyni zamanda, onun respublikaçılar arasındakı dəstəyi azalıb, seçicilərin onun iqtisadi siyasətinə münasibəti isə nəzərəçarpacaq dərəcədə pisləşib.
Bu tendensiyalar noyabrda Konqresə keçiriləcək seçkilərlə bağlı rəy sorğularında da öz əksini tapır.
"Reuters/Ipsos" tərəfindən keçirilən son rəy sorğusuna əsasən, Trampın fəaliyyətinin bəyənilməsi bir həftə ərzində üç faiz bəndi azalaraq 32%-ə çatıb. Respublikaçılar arasında onun işini bəyənənlər sorğuda iştirak edənlərin 73%-ni təşkil edib ki, bu da bir həftə əvvəlki göstəricidən doqquz bənd azdır. Yanvar ayında bu göstərici 86%, Trampın ikinci inauqurasiyasından dərhal sonra isə 91% təşkil edirdi.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью