Icma.az bildirir, Olke.az portalına istinadən.
ABŞ prezidenti Donald Tramp yeni Roma Papasının kim olması ilə bağlı sualı cavablandırarkən özünün də belə bir xəyalının olduğunu dilə gətirib.
Ölkə.az xəbər verir ki, o, jurnalistlərə belə deyib: "Mən Papa olmaq istərdim. Bu, mənim bir nömrəli seçimim olardı". Trampın yumoristik cavabı sosial mediada trendə çevrilib.
Tramp suala cavabı davam etdirərək "Nyu Yorkda çox yaxşı bir kardinalımız var, görək nə olacaq", deyib.
Bəyanatın ardınca bir çox sosial media istifadəçisi Trampın “Papa” kimi geyinmiş montaj şəkillərini paylaşıb.
Mürtəza
Ölkə.Az