Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ölkə.az xəbər verir ki, bu barədə Ağ Evin kommunikasiya direktoru Stiven Çun “X” sosial şəbəkəsində paylaşım edib.
O, “Newsweek”in Trampın Si Cinpinin çıxışı zamanı yuxuya getməsinə dair iddianı təkzib edib:
“Saxta xəbər! Prezident Tramp çıxış zamanı qarşısındakı sənədlərə baxırdı. Onun gözlərinin sağa-sola hərəkət etdiyini aydın görmək mümkündür. İnsanların mediaya bu qədər nifrət etməsinin səbəbi də budur – onlar daim yalan danışırlar”.
Qeyd edək ki, daha əvvəl yayılan videogörüntülərdə D.Trampın Si Cinpinin çıxışı zamanı yuxuya getdiyi iddia olunmuşdu.
Fake News! President Trump was looking at papers in front of him while the speaker made remarks. You can clearly see his eyes move back and forth.
— Steven Cheung (@StevenCheung47) November 19, 2026
This is why the people despise media so much. They constantly lie. https://t.co/0ePR09YAYh