Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Trampın İranla müharibənin gözlədiyindən uzun çəkməsinə görə səbrinin tükəndiyi bildirilir.
Redaktor.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti ABŞ administrasiyasının adları açıqlanmayan rəsmilərinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, münaqişənin həftələrlə başa çatacağını düşünən Tramp savaşın artıq beşinci aya keçməsindən və sonunun görünməməsindən getdikcə daha çox narazıdır.
Mənbələrin sözlərinə görə, son vaxtlar Oval Ofisdə keçirilən görüşlərin birində ABŞ lideri İran rəhbərliyinə qarşı sərt ifadələr işlədib.
Aytəkin TOFİQQIZI