Trampın seçilməsi ilə vəziyyət dəyişəcək, Azərbaycan ABŞla... Pənah Hüseyn

07.11.2024

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"ABŞ-dakı prezident seçkilərində Donald Trampın qələbəsi qlobal müstəvidə fərqli gözləntiləri ortaya qoydu. Dünyada xaos dönəmini şərtləndirən qeyri-müəyyənliklərdən biri həll olundu. Bir qeyri-müəyyənlik elementi qalır. Çünki Trampın hansı siyasəti yürüdəcəyi hələ bəlli deyil".

Moderator.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a Azərbaycan Xalq Partiyasının sədri (AXP) Pənah Hüseyn deyib.

“Rusiya-Ukrayna müharibəsinin taleyi Trampın dövründə aktual məsələlərdən olacaq. Yaxın Şərq, Fələstin-İsrail, İran-İsrail və ABŞ-İran-İsrail məsələsi qarşıdakı dövrdə gündəmin əsas mövzularından biri kimi qalacaq”, - deyə o əlavə edib.

Partiya sədri bildirib ki, o, Amerikadakı seçkilərdə “Demokratlar”ın və onların namizədinin qələbəsini istəməyib: “Xüsusi olaraq Trampın də qələbəsini arzulamırdım. Buna baxmayaraq, onun qələbəsi bir neçə il davam edən status-kvo vəziyyətini aydınlaşdıracaq. Beynəlxalq münasibətlərdə və Qafqaz regionunda dəyişikliklər olacaq”.

Pənah Hüseyn hesab edir ki, Azərbaycan bu proseslərdən uduşla çıxacaq: “Bunun üçün şanslar var. Azərbaycan, Türkiyə və onun müttəfiqləri, Türk Dövlətləri Təşkilatının hansı addımlar atacağı proseslərə öz təsirini artırıb”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью