Trampın səhhətinin pisləşməsi ilə bağlı məlumat yayıldı FOTO

29.01.2026

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ prezidenti D.Trampla bağlı bir-birinə zidd məlumatlar yayılır.Xəbərlərin əsas məğzini Trampın gözdən salınmasına hesablanıb. İddia olunur ki, həmin xəbərlərin tirajlanmasının əsas müəllifləri Avropa ölkələrin başçılarıdır. Bu dəfə D. Trampın Qərbdəki rəqibləri onun səhhətinin pis olması və zehni qeyri-sabitliyi ilə bağlı xəbərlər yaymağa başlayıblar. "Politico" "Avropalı diplomatlara" istinadən Slovakiyanın Baş naziri Robert Fikonun ABŞ prezidenti ilə Mar-a-Laqoda keçirdiyi son görüşdə onun zehni vəziyyətindən "şoka düşdüyünü" bildirib. Fiko bunu yalan, Ağ Evin sözçüsü Anna Kelli isə bunu saxta xəbər adlandırıb.

"New York Magazine" qəzeti "Donald Trampın səhhəti ilə bağlı həqiqəti tapmaq üçün dəlillərə əsaslanan cəhd" başlığı ilə Ağ Ev sakininin özünün izahatları ilə bağlı problemlərə işarə edən məqalə dərc edib.

İlham

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью