Trampın səhiyyə naziri Robert Kennedi olacaq

15.11.2024

Icma.az, Azpost saytına istinadən bildirir.

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp səhiyyə və insan xidmətləri naziri vəzifəsinə Robert Kennedinin namizədliyini irəli sürmək qərarını açıqlayıb.

Tramp bu barədə “Truth Social” hesabında yazıb.

“Məmnuniyyətlə bildirmək istəyirəm ki, Robert F. Kennedy Birləşmiş Ştatların səhiyyə və sosial sidmətlər naziri olacaq. Çox uzun müddətdir ki, amerikalılar sənaye qida kompleksinin və əczaçılıq şirkətlərinin təsiri altında əziyyət çəkirlər”, – Tramp qeyd edib.

Onun sözlərinə görə, Kennedi ABŞ-də “xroniki xəstəliklərin epidemiyasına son qoyacaq”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью