Trampın şərəfinə Palm Beach hava limanının adı dəyişdirilib

09.07.2026

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

ABŞ-nin Florida ştatındakı "Palm Beach" Beynəlxalq Hava Limanı rəsmi olaraq ABŞ Prezidenti Donald Trampın şərəfinə adlandırılıb.

XQ xəbər verir ki, bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb.

"Bu gündən etibarən Palm Beach Beynəlxalq Aeroportu rəsmi olaraq Donald Tramp Beynəlxalq Aeroportu adlandırılıb", - deyə hava limanının açıqlamasında bildirilir.

Qeyd olunur ki, hava limanının lövhələrinin və interyerinin dəyişdirilməsi bir neçə həftə çəkəcək. Bundan əlavə, 18 avqustda hava limanı kodu PBI-dən DJT-yə dəyişdiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью