Trampın “sərhəd çarı” Homan merin immiqrantlarla bağlı sözlərinə əməl edəcəyini açıqlayıb

15.02.2025

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Trampın “sərhəd çarı” Tom Homan Nyu-York meri Erik Adamsın qeyri-qanuni mühacirlərlə bağlı sözlərini yaxından izləyəcəyini bildirib.

Bizimyol.info xəbər verir ki, sərhəd təhlükəsizliyi və qeyri-qanuni mühacirlərlə bağlı təşəbbüslər irəli sürmək üçün Nyu Yorka gələn Homan, Adamsla birlikdə qatıldığı "FOX TV"də yayımlanan verilişdə bələdiyyə sədrinin qeyri-qanuni mühacirlərlə mübarizə vədini xatırladaraq, bu məsələnin məsuliyyətini öz üzərinə götürəcəyini bildirib.

Yanında əyləşən Adamsa müraciət edən Homan, mer Rikers adasında immiqrasiya agentliklərinin fəaliyyət göstərməsinə icazə verəcəyi vədini yerinə yetirməsə nə edəcəyini müxtəlif cür ifadə edib.

"Əgər o, bacarmasa, mən Nyu-Yorka qayıdacağam və onun ofisində divanda oturmayacağam. Nəfəsim boğazımda olacaq və deyəcəyəm ki, müqavilə ilə hara gedirik?, deyəcəyəm", - deyə Trampın yüksək sərhəd rəsmisi gülümsəyərək münasibət bildirib.

"Mən Nyu Yorka gəldim və əlbəttə ki, heç nə almadan geri qayıtmaram", - deyən Homanın sözlərinin Adams təbəssümlə qarşılayıb.

Adams Ədliyyə Departamentinin ona qarşı korrupsiya ittihamlarını ləğv etmək qərarına reaksiya verən çoxsaylı federal prokurorların istefasından bir gün sonra Homanla proqrama qoşulub.

Baş prokurorun müavini Emil Bove Nyu-Yorkun Cənub Bölgəsi üzrə Baş Prokurorunun müavini Danielle R. Sassoondan Nyu-York meri Adamsa qarşı korrupsiya ittihamlarını "onun qeyri-qanuni immiqrasiya ilə mübarizə qabiliyyətinə mənfi təsir göstərdiyi" səbəbi ilə ləğv etməyi xahiş edib.

Bovenin tələbini “uyğun olmayan təklif” hesab edən Sassoon bəzi prokuror yoldaşları ilə birlikdə istefa verib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью