Trampın sərvəti ARTIB “Forbes”

01.04.2025

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp sərvətini 2024-cü ildəki 2,3 milyard dollardan 2025-ci ildə 5,1 milyard dollara qədər artırıb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu, ABŞ-nin “Forbes” jurnalının dərc etdiyi dünyanın ən varlı insanlarının 39-cu reytinqində öz əksini tapıb.

“Forbes”ın məlumatına görə, D.Trampın sərvətinin əsas hissəsini daşınmaz əmlak təşkil edir. Ona həmçinin qolf klubları, lüks malikanələr, şərab zavodu, həmçinin “Trump Force One” kimi tanınan 1991-ci il istehsallı “Boeing 757-200” təyyarəsi məxsusdur.

Jurnalın siyahısına ümumi sərvəti 16,1 trilyon dollar təşkil edən 3 mindən çox insan daxil edilib. “Forbes”ın qeyd etdiyi kimi, ilk dəfə olaraq üç nəfər 200 milyard dollardan çox sərvətə sahibdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью