Trampın sərvəti kəskin artdı Prezident nələrə sahibdir?

02.04.2025

Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp sərvətini 2024-cü ildəki 2,3 milyard dollardan 2025-ci ildə 5,1 milyard dollara çatdırıb.

Sfera.az xəbər verir ki, bu barədə Amerikanın “Forbes” jurnalı dünyanın ən varlı adamlarının 39-cu reytinqində məlumat yayıb.

Materialda qeyd olunub ki, Trampın sərvətinin artmasının səbəbi yenidən ABŞ prezidenti olduğu üçün deyil, Ağ Evə qayıtmazdan əvvəl kriptovalyutaya çox sərfəli investisiya etməsidir.

O da bildirilib ki, Donald Trampın sərvətinin əsas hissəsi daşınmaz əmlaka aiddir. Prezident, həmçinin qolf klublarına, dəbdəbəli malikanələrə, şərab zavoduna və “Trump Force One” kimi tanınan 1991-ci il Boeing 757-200 təyyarəsinə sahibdir.

Qeyd edək ki, ümumi sərvəti 16,1 trilyon dollar olan 3000-dən çox insan jurnalın siyahısına düşüb. “Forbes”in qeyd etdiyi kimi, ilk dəfə üç nəfərin sərvəti 200 milyard dollardan çoxdur.

Firuzə Əliyeva
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью