Trampın sevimli dünya liderləri məlum oldu | Icma.az
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ-də yeni seçilmiş prezident Donald Tramp artıq xarici siyasət gündəmini formalaşdırır və ticarət məsələləri ilə məşğul olur, eyni zamanda, özü ilə oxşar baxış mövqeyinə malik hesab etdiyi dünya liderlərinə zəng edərək görüşlər təyin edir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Bloomberg" agentliyi yazır.
Yazıda respublikaçıların qələbəsindən sonra bir çox dünya liderlərinin beynəlxalq tədbirlərdə Prezident Co Baydenlə görüşmək istəyinin azaldığı, eyni zamanda, Trampın şəxsi danışıqlara üstünlük verəcəyi və dolayısı ilə gündəmi təyin edəcəyi bildirilir.
Qeyd edilir ki, Trampın Ağ Evə qayıtmasını ilk alqışlayanlardan biri Argentina Prezidenti Xavyer Miley olub.
O, həmçinin, ABŞ-nin seçilmiş prezidenti ilə şəxsən danışan ilk G20 lideri ola bilər.
"Bundan əlavə, respublikaçının "tez zamanda əlaqə" siyahısında Britaniyanın keçmiş baş naziri Boris Conson da var.
Hazırkı Baş nazir Kir Starmer isə Trampla ünsiyyət qurmaq üzrə sürətləndirilmiş kurs keçir", - deyə agentlik yazır.
Tam oxu
Xəbəri oxu