Trampın şirkəti 2 milyard dollarlıq Bitcoin alıb

22.07.2025

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Truth Social" sosial şəbəkəsinin sahibi olan "Trump Media and Technology Group" (TMTG) media şirkəti "Bitcoin"ə (BTC) yatırımlarının 2 milyard dollara çatdığını açıqlayıb. Şirkət bu məbləğlə "Bitcoin" və onunla əlaqəli qiymətli kağızlar əldə edib.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat şirkətin press-relizində yer alıb.

Hazırda "Bitcoin" aktivləri "Trump Media" şirkətinin likvid vəsaitlərinin təxminən üçdə ikisini təşkil edir və bu aktivlərin ümumi dəyəri təxminən 3 milyard dollar olaraq qiymətləndirilir.

Qeyd edək ki, ABŞ-nin Prezidenti Donald Tramp şirkətin səhmlərinin təxminən 60 faizinə sahibdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью