Trampın şirkəti “çirkli pullar”ı yuyub?

02.08.2026

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bir neçə il əvvəl “Trump Organization”-ın bank hesablarını bağlamaq qərarı ilə bağlı qaldırılan məhkəmə iddiası yenidən qüvvədədir. 

“Trump Organization” 2025-ci ildə iddia qaldırıb, bankın 2021-ci ilin yanvar ayında Kapitoli iğtişaşlarından sonra siyasi səbəblərdən 300-dən çox şirkətlə əlaqəli hesabı bağladığını iddia edib. “Capital One” iddiaları rədd edərək, onları əsassız adlandırıb.

“Cebheinfo.az” “Reuters”-ə istinadən xəbər verir ki, bank hesabların bağlanması qərarının “çirkli pullar”ın yuyulmasına qarşı mübarizə araşdırmasından sonra verildiyini iddia edilir.

 “Capital One” bankı hesabların bank siyasəti və tənzimləyici rəhbərliyə uyğun olaraq aylarla davam edən araşdırmadan sonra bağlandığını bildirib.

“Bu, bankın “çirkli pullar”ın yuyulması ilə bağlı narahatlıqları ABŞ Prezidenti Donald Trampın ailə biznesi ilə rəsmi şəkildə əlaqələndirdiyi ilk haldır”,-deyə “Reuters” yazıb.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью