Trampın siyasəti ABŞ iqtisadiyyatını çökdürür Blumberq

11.03.2025

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın tarif siyasəti fonunda ABŞ fond bazarı ucuzlaşmaqda davam edir. Ağ Ev rəhbərinin addımlarının ABŞ iqtisadiyyatını yavaşladacağı ilə bağlı narahatlıqlar artıb.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” yazır.

Qeyd olunur ki, texnologiya şirkətlərindən ibarət "Nasdaq 100" indeksi 2022-ci ildən bəri ilk dəfə 3,8%, S&P 500 indeksi 2,6% ucuzlaşıb.

“Strateqlər və iqtisadçılar ABŞ-ın iqtisadi tənəzzülü ilə bağlı proqnozlarını artırırlar”, - deyə bildirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью