Trampın siyasəti tənqid olundu VİDEO

09.07.2025

Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AzVision.az xəbər verir ki, “Newsweek” nəşri Donald Trampın ilk prezidentliyi dövründə onun müşaviri olan Stiven Bennonun bəyanatından sitat gətirib.
“Gəlin “Aman Allah, o, İranda müharibəyə başlamaq istəyir, Ukraynaya müdaxilə edir, Epşteynin əfvinə can atır” deməyək. Bəli, bütün bunlar belədri və bəlkə daha da pisdir”, - Bennon deyib.
Tramp Moskva və Pekini bombalayacağını deyibmiş | VİDEO Onun sözlərinə görə, “bunda qorxulu heç nə yoxdur”. Stiv Bennon vurğulayıb ki, Tramp və onun MAGA (Make America Great Again - Amerikanı yenidən möhtəşəm edək) hərəkatının tərəfdarları “döyüşçülər klubundadır”.
- Biz döyüş klubunda nə edirik? Biz döyüşürük”, - keçmiş müşavir bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Tramp Rusiyanın davam edən hərbi əməliyyatlarından məyus olduğunu söyləyib.Lakin münaqişənin həlli üçün səylərin davam etdirilməsinə sadiq qaldığını vurğulayaraq, sələfi Co Baydenin səhvləri olmasaydı, Ukrayna münaqişəsinin qaynar fazaya keçməyəcəyini təkrarlayıb.
Yeri gəlmişkən, ABŞ prezidenti Donald Trampın seçki kampaniyasının sponsorları ilə görüşündə Rusiya lideri Vladimir Putin və Çinin sədri Si Cinpinlə söhbətlərinin açıqlandığı 2024-cü ilə aid səs yazısında maraqlı detallar üzə çıxıb.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью