Trampın siyasəti Ukraynalı oğurlanmış uşaqların həyatını təhlükə altına salır Aİ səfiri | …
Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ-ın xarici dövlətlərə yardımını azaltması və Donald Tramp administrasiyasının Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı sanksiyaları Rusiya tərəfindən oğurlanmış minlərlə ukraynalı uşağın axtarışını çətinləşdirir.
Qaynarinfo xəbər verir ki, bu barədə Avropa Şurasının deportasiya olunmuş ukraynalı uşaqların geri qaytarılması üzrə səylərinə rəhbərlik edən səfir Tordis Kolbrun Reykyfyord Qülfaddottir "Politico”ya müsahibəsində bildirib.
O qeyd edib ki, ABŞ-ın bu uşaqların axtarışı üzrə proqramlara maliyyə dəstəyini dayandırmasının artıq mənfi təsirləri hiss olunmağa başlayıb.
Maliyyələşmədəki fasilələr bu sahədə fəaliyyət göstərən təşkilatların işinə qeyri-müəyyənlik və çətinlik gətirir.
Bəzi təşkilatlar izləmə məlumatlarının bir hissəsini saxlaya bilib.
Məsələn, Yel Universitetinin İctimai Sağlamlıq Məktəbinin Humanitar Tədqiqatlar Laboratoriyası ukraynalı əməkdaşlarını iyulun 1-dən işdən çıxarmağa hazırlaşırdı.
Lakin son anda edilmiş özəl ianələr sayəsində laboratoriya oktyabr ayına qədər fəaliyyətini davam etdirə biləcək.
Tam oxu
Xəbəri oxu