Trampın siyasətinə seçici şoku

04.11.2026

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-da keçirilən 2026-cı il aralıq seçkiləri Respublikaçılar Partiyası üçün ciddi məğlubiyyətlə başa çatdı. Nümayəndələr Palatası və Senatda nəzarətin Demokratlara keçməsi Donald Trampın aqressiv daxili və xarici siyasətinin, eləcə də iqtisadi qərarlarının birbaşa nəticəsi kimi qiymətləndirilir.

“Yeni Sabah” xəbər verir ki, bu fikirləri iqtisadçı Natiq Cəfərli şəxsi facebook səhifəsində bildirib. Onun sözlərinə görə, seçicilərin bu seçimi təsadüfi deyil – Amerikada siyasi taleyi böyük ideologiyalar deyil, məhz yanacaq qiymətləri, inflyasiya və sıravi vətəndaşın gündəlik təminatı (“soyuducu amili”) həll edir:

“Tramp administrasiyasının tətbiq etdiyi proteksionist tariflər və İran münaqişəsi ilə bağlı gərginliklər ölkədə yaşayış xərclərini artıraraq respublikaçıların dayaqlarını sarsıtdı. Trampın bu riskli yolu seçməsinin əsas səbəbi öz radikal seçici bazasını səfərbər etmək və iqtisadiyyatda sərt millətçilik kursunu sonadək yürütmək istəyi idi. Lakin bu addım müstəqil seçiciləri uzaqlaşdırdı”. Sezar pizza

Cəlalə Cəlalqızı 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью