Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Ağ Evin mətbuat katibi Karolin Livittin avqustun sonunda vəzifəsindən istefa verəcəyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Livitt qərarını ailəsi və azyaşlı övladları ilə daha çox vaxt keçirmək istəyi ilə əsaslandırıb.
Tramp sosial media hesabında Livittin istefasına münasibət bildirərək onun qərarını başa düşdüyünü və hörmətlə qarşıladığını deyib.
“Gözəl Ağ Ev sözçüsü və ən etibarlı məsləhətçilərimdən biri olan Karolin Livitt ayın sonunda sevimli uşaqları və ailəsi ilə daha çox vaxt keçirmək üçün vəzifəsini tərk edəcək. Mən bu qərarı tam başa düşürəm və hörmət edirəm”, – deyə Tramp bildirib.
Tramp Livittin vəzifədən ayrıldıqdan sonra da ona məsləhət verməyə davam edəcəyini və Respublikaçılar Partiyasında nüfuzunu qoruyacağını qeyd edib. O, Livitti Ağ Evin tarixində ən yaxşı mətbuat katiblərindən biri adlandırıb.
28 yaşlı Livitt 2025-ci ilin yanvarından Ağ Evin mətbuat katibi vəzifəsini tuturdu və bu postu tutan ən gənc şəxs kimi tarixə düşüb.
Aytən Yaşar/ Turkustan.az