Trampın sülh modelini qəbul edə bilmərik Rusiya

02.04.2025

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Amerikanın Ukraynada müharibəyə son qoymağa yönəlmiş modelləri və sxemləri münaqişənin köklü səbəblərini aradan qaldırmır.

Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “Mejdunarodnıy jizn” jurnalına açıqlamasında deyib.

Diplomatın sözlərinə görə, Moskva Vaşinqtonun vəziyyətin həlli ilə bağlı təkliflərinə ciddi yanaşır, lakin onları olduğu kimi qəbul edə bilmir:

“Əlbəttə ki, bizim bu mövzuya dair dərin və diqqətlə düşünülmüş öz prioritetlərimiz və yanaşmalarımız var. Bu yanaşma Ər-Riyadda amerikalılarla bu yaxınlarda aparılmış danışıqlarda iştirak edən qrupumuz tərəfindən işlənib hazırlanmışdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью