Icma.az bildirir, Reyting.az portalına istinadən.
Ağ evin YouTube kanalında yerləşdirilən məlumatda ABŞ prezidenti Donald Trampın Ukraynadakı münaqişənin həlli ilə bağlı sülh planında bəndlərin sayının 28-dən 22-yə endirildiyi açıqlanıb.
Reyting.az xəbər verir ki, bu barədə ABŞ liderinin mətbuat brifinqinin audioyazısında deyilir.
Trampın sözlərinə görə, planın 28 bəndinin hər biri nəzərdən keçirilib və nəticədə 22-yə endirilib. O, ABŞ-ın Ukrayna ilə bağlı ilkin təklifinin plan deyil, konsepsiya olduğunu vurğulayıb və bu gün bəyan edib ki, Ukrayna sülh sazişinin bir çox bəndləri artıq razılaşdırılıb.
E. KAMAL