Trampın sülh planının DETALLARI Ukraynada müharibə 1 aydan tez BİTƏ BİLƏR

24.03.2025

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ aprelin 20-də Pasxa bayramına qədər Ukrayna ilə bağlı saziş bağlamaq istəyir.
Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb.
Məqalədə bildirilir ki, ABŞ hələ də bir neçə həftə ərzində atəşkəsin əldə olunacağına ümid edir. 
“Ağ Ev bu il Pasxa bayramına təsadüf edən aprelin 20-nə qədər atəşkəs razılaşmasına nail olmağa çalışır. Eyni zamanda Vaşinqton etiraf edir ki, son tarixlər dəyişə bilər. Avropa rəsmiləri ABŞ prezidenti Donald Trampın “diplomatik zəfər” istəyinin onun Ukraynanın maraqlarını qurban verməsinə səbəb olacağından qorxurlar”,- deyə məqalədə qeyd edilir.
Ayşən Rəhim, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью