“Trampın “Sülh Şurası“ rəsmən fəaliyyətə başladı: Putin, Qərb və yeni geosiyasi oyun“ “The Sun“

22.01.2026

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Trampın təşəbbüsləri Qərbdə və Yaxın Şərqdə gərginliyi artırır..."

Donald Tramp rəsmi olaraq "Sülh Şurası"nın fəaliyyətinə start verib və özünü şuranın sədri elan edib.

Moderator.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

"Sülh Şurası"nın başlanması və Trampın ambisiyaları

Nəşr yazır ki, Tramp  dünyanın müxtəlif ölkələrindən liderləri - Azərbaycan, Türkiyə, Qazaxıstan, Argetina, Bəhreyn və digər dövlətləri iştirak etməyə dəvət edib. Tramp çıxışında vurğulayıb: "Biz burda çoxlu dostlarımızı topladıq. Bu şura bizə Qəzza bölgəsində atəşkəsin qorunmasında və regionda sabitliyin təmin edilməsində yardım edəcək". Tramp əlavə edib: "Biz Qəzzada demilitarizasiya və bərpa prosesində əsas rol oynayacağıq. Bu, daha sabit və təhlükəsiz gələcək üçün ilk addımdır".

Kremlin strategiyası və Putinin təklifi

Kreml ABŞ-la danışıqlar fonunda "Sülh Şurası"na bir milyard dollarlıq üzvlük ödənişi təklif edib. Putin bunu Rusiyanın ABŞ-da dondurulmuş aktivlərindən ödəməyi planlaşdırır, lakin Ukrayna buna qarşı çıxıb. Putin bildirib: "Bu ödəniş yalnız geniş danışıqlarla birləşdirilməlidir. Əsas məqsəd Yaxın Şərqdə sülhün təmin olunmasıdır".

Bu addım Qərbdə böyük sürpriz yaradıb, çünki Rusiya ABŞ-ın təşəbbüsü altında formalaşan beynəlxalq platformada Avropa və NATO liderləri ilə bir sırada yer ala bilər. Kremlin mövqeyi Trampın tez bir zamanda sülh əldə etmək arzusundan istifadə etməyə çalışdığını göstərir.

Qərb bloku və geosiyasi nəticələr

Trampın siyasəti Qərbdə gərginliyi artırır və NATO-nun birliyini sınayır. Meksikanın "La Jornada" nəşri yazır ki, Trampın Qrenlandiya və iqtisadi təzyiq ambisiyaları Qərb blokunun zəifləməsinə səbəb ola bilər. Zelenski isə bildirib: "Rusiya bizim düşmənimizdir və onların olduğu bir şuraya necə qoşula biləcəyimizi anlamıram".

Tramp isə qərarları öz nəzarətində saxlamaq niyyətindədir, daimi üzvlük üçün 1 milyard dollar ödəniş tələb olunur, üç il pulsuz üzvlük mümkündür. Bu təşəbbüslər Qərbdə və Yaxın Şərqdə qeyri-müəyyənliyi artırır və dünya siyasətində yeni geosiyasi dövrün başlanğıcını işarə edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью