Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu gün İsveçrənin Davos şəhərində ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan “Sülh Şurası”nın təsis sənədi imzalanıb.
Mərasimdə ABŞ-la yanaşı, 21 ölkənin nümyəndəsi iştirak edib.
Donald Tramp tədbirdə bildirib ki, bu şuranın indiyə qədər yaradılmış ən vacib təşkilatlardan biri olmaq üçün bütün potensialı var.
“Və inanıram ki, Sülh Şurasının burada toplaşan insanlarla, Birləşmiş Millətlər Təşkilatı ilə birləşməsi dünya üçün - təkcə ABŞ üçün deyil, bütün dünya üçün həqiqətən unikal bir şeyə çevrilə bilər", - o deyib.
Modern.az saytı mərasimdə iştirak edən ölkələrin siyahısını təqdim edir:
ABŞ, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Argentina, Paraqvay, Macarıstan, Ermənistan, Azərbaycan, Bəhreyn, Bolqarıstan, Macarıstan, İndoneziya, İordaniya, Qazaxıstan, Kosovo, Mərakeş, Monqolustan, Pakistan, Paraqvay, Türkiyə və Özbəkistan.
Sülh Şurası əvvəlcə Qəzza zolağında sülh şərtlərinə riayət olunmasını izləmək üçün yaradılmışdı. Lakin Donald Tramp dünyanın digər yerlərindəki münaqişələri həll etmək üçün təşkilatın mandatını genişləndirmək qərarına gəldi. Rusiya da daxil olmaqla 58 ölkə təşkilata qoşulmağa dəvət edilib. Vladimir Putin bildirib ki, o, əsasən Fələstin xalqını dəstəkləmək üçün təşkilata 1 milyard dollar (daimi üzvlük üçün tələb olunan məbləğ) göndərməyə hazırdır.