Trampın tarif müharibəsi ABŞ ı vurdu Şok itki

03.04.2025

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Trampın ötən gün açıqladığı gömrük tarifləri ilə bağlı qərarı qlobal bazara təsirini göstərməyə başlayıb.

Axar.az xəbər verir ki, yeni qərar fonunda dolların məzənnəsində enmə, eləcə də qızıl və gümüşün dəyər itirməsi müşahidə olunur.

Belə ki, dollar indekslərdə 2 faizdən çox geriləyib. Xüsusilə, dolların avro qarşısında dəyər itirməsi ciddi nəzərə çarpıb.

Qiymətli metallardan qızıl 1,5 faiz ucuzlaşıb.

Həmçinin bildirilib ki, ABŞ birjası bu gün 2 trilyon dollardan çox dəyər itirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью