Trampın tarifləri 90 gün müddətinə dayandırmaq istəyi rədd edilib

07.04.2025

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Ağ Ev ABŞ prezidenti Donald Trampın tarifləri 90 gün müddətinə dayandırmaq istəyini rədd edib. 
Demokrat.az xəbər verir ki, bu barədə CNBC telekanalı məlumat yayıb. 
Ağ Evin Milli İqtisadi Şurasının direktoru Kevin Hasset daha əvvəl Fox News-a verdiyi müsahibədə Trampın Çindən başqa bütün ölkələr üçün qarşılıqlı tarifləri 90 gün müddətinə dayandırmağı düşündüyünü bildirib.  Hassett xatırladıb ki, Ağ Ev rəhbəri Çini hamının ən böyük cinayətkarı kimi qeyd edib və Pekini qisas məqsədilə öz tariflərini artırdığına görə tənqid edib.
Aprelin 3-də Birləşmiş Ştatlar 185 ölkədən, o cümlədən Amerika məhsullarına qarşı proteksionist tədbirlər tətbiq edən ölkələrə gömrük rüsumları tətbiq edib.
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью