Trampın tarifləri ABŞ a nə qədər gəlir gətirəcək? Nazir açıqladı

04.04.2025

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Birləşmiş Ştatlar prezident Donald Trampın administrasiyası tərəfindən tətbiq edilən tariflərdən ildə 300-600 milyard dollar gəlir əldə edə bilər.

Bakupost.az xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib.

Amerikalı jurnalist Taker Karlsonun "Bu gəlir ildə 300-600 milyard dollar diapazonunda ola bilərmi?" sualına nazir "Əlbəttə. Bu, əhəmiyyətli bir gəlir mənbəyidir", - deyə cavab verib.

Zaur,BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью