Trampın tarifləri “Nissan”ı “vurdu” “Rogue”un istehsalı azalacaq

15.04.2025

Ayna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Şirkət “Rogue” krossoverinin istehsalını 13 min avtomobil azaltmağı planlaşdırır

Yaponiyanın avtomobil istehsalçısı “Nissan Motor Co.” ABŞ Prezidenti Donald Tramp administrasiyası tərəfindən tətbiq edilən idxal tariflərinin təsirini yumşaltmaq üçün ABŞ bazarında ən çox satılan modeli olan “Rogue” krossoverinin Yaponiyada istehsalını azaldacaq. AYNA.AZ bildirir ki, bu barədə “Reuters” mənbəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, “Nissan” “Rogue” istehsalını 13 min avtomobil azaltmağı planlaşdırır. Adının açıqlanmasını istəməyən mənbə bildirib ki, avtomobil istehsalçısının ölkənin cənub-qərbindəki Kyuşu adasında yerləşən zavodu may-iyun ayları arasında istehsal templərini aşağı salacaq.

Agentlik qeyd edir ki, “Rogue” 2024-cü ildə ABŞ-da ən çox satılan “Nissan” modeli olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью