Trampın tarixi addımı: O, İranın dini lideri Xamneyiyə məktub yazıb

07.03.2025

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ prezidenti Donald Tramp İranın ali dini lideri Əli Xamneyiyə məktub yazaraq danışıqlar aparmaq istədiyini bildirib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, “Fox Business Network”ə danışan Tramp nüvə silahı proqramı ilə bağlı razılığa gəlmək üçün İranla oturub danışmaq istədiyini bildirib.

Tramp deyib ki, İranın nüvə silahına sahib olmasına icazə vermək olmaz və Tehran masaya gəlməsə, daha bir addım atmalı olacaq.

Orxan

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью