Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.
İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib ki, Tehran hazırda ABŞ ilə danışıqlardan daha çox milli müdafiəyə tam hazırlığa üstünlük verir.
Turkustan.az xəbər verir ki, yarırəsmi Tasnim Xəbər Agentliyinin məlumatına görə, Qaribabadi hazırda İranla ABŞ arasında rəsmi danışıqların aparılmadığını, lakin dolayı mesajların mübadiləsi aparıldığını bildirib.
İran rəsmisi bildirib ki, "Əgər amerikalılar nəticəsi qeyri-müəyyən olan danışıqlar istəyirlərsə, İran bunu qəbul edəcək, lakin ABŞ bizi hərbi yerləşdirmə yolu ilə danışıqlara məcbur edə bilməz".
ABŞ-ın məhdud hücum ehtimalına toxunan Qaribabadi bildirib ki, "Bizə qarşı hücumun başladığı hər bir bazanı və ya nöqtəni hədəf alacağıq. Hərbi müdaxilə ABŞ üçün asan seçim deyil, çünki onlar İranın cavabının sadəcə mütənasib olmayacağını bilirlər. Bizim cavabımız elə bir şəkildə hazırlanıb ki, onlar yenidən məhdud hücumlar başlatmağı ağlına belə gətirməyəcəklər".
Qəribabadi, ABŞ ilə danışıqlar başlasa, İranın potensial müharibəyə hazırlıq səviyyəsini azaltmayacağını bildirərək, "Düşmənin müharibə strategiyasını nəzərə alsaq, danışıqlar bizim üçün prioritet deyil; İranın prioriteti ölkəni müdafiə etməyə 200 faiz hazır olmaqdır" dedi.
Aytən Yaşar/ Turkustan.az