Icma.az, Baku.ws saytına istinadən bildirir.
ABŞ prezidenti Donald Trampın təyyarəsi Rusiya-ABŞ sammitinin keçiriləcəyi Alyaskanın Ankoric şəhərinə uçub.
BAKU.WS xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
Telekanalın açıqlamasında deyilir:
"Trampın təyyarəsi havaya qalxıb".
Qeyd edək ki, avqustun 15-də Putin və Tramp Alyaskada danışıqlar aparacaq. Əsas mövzu Ukraynada sülhdür. Görüş Bakı vaxtı ilə saat 23:00-a planlaşdırılıb və təkbətək söhbətlə başlayacaq. Müzakirə olunan təkliflər arasında ərazilərin mübadiləsi ola bilər.