Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"ABŞ Prezidenti Donald Trampın təyyarəsi Davosa gedərkən Qrenlandiya üzərindən uçmayıb və bu ölkənin nəzarətində olan hava məkanına daxil olmayıb".Bizim.Media xəbər verir ki, bu barədə TASS hava nəqliyyatının idarəolunması prosesində iştirak edən mənbəyə istinadən məlumat yayıb.
"İsveçrəyə yollanan ABŞ prezidentinin təyyarəsi Qrenlandiya hava nəqliyyatı dispetçerlərinin nəzarət etdiyi hava məkanına daxil olmayıb, nisbətən cənubdan uçub.
Xüsusilə, Şimali Atlantika üzərində təyyarə Kanada hava nəqliyyatı dispetçerlərinin nəzarətində olub.
Daha sonra Atlantikanın şimal-şərqindəki hərəkətdən məsul olan Böyük Britaniya hava nəqliyyatı dispetçerlərinə təhvil verilib", - məlumatda deyilir.
Qeyd edək ki, daha əvvəl Davosa yola düşən ABŞ liderinin təyyarəsində nasazlığın aşkar edildiyi barədə məlumat yayılmışdı.Donald Tramp uzun müddətdir Qrenlandiyanın ABŞ-a birləşdirilməsi ilə bağlı iş aparır.Bizim.Media Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.