Trampın təyyarəsi Nyu York səmasında təhlükə ilə üzləşdi VİDEO

17.09.2025

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


ABŞ Prezidenti Donald Trampın təyyarəsi ilə "Spirit Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Nyu-York səmasında toqquşma təhlükəsi yaşayıb.

Bakupost.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb.

Bildirilir ki, sərnişin təyyarəsi Böyük Britaniyaya yollanmaqda olan ABŞ prezidentinin bortuna həddindən artıq yaxınlaşıb.

"Boeing 747" (Trampın təyyarəsi - red.) Nyu-York üzərindən uçarkən oxşar marşrutla hərəkət edən "Spirit Airlines" aviaşirkətinin təyyarəsi aşkar edilib. Hava hərəkətini idarə edən dispetçerlər dərhal sərnişin təyyarəsinin pilotlarına təcili olaraq kursunu dəyişməyi məsləhət görüblər", - deyə nəşrdə qeyd olunur.



Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью