Trampın təyyarəsi toqquşmaqdan son anda xilas oldu VİDEO

17.09.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

"Boeing 747" Nyu-York üzərində səyahət edərkən "Spirit" Hava Yollarına məxsus sərnişin təyyarəsi ilə toqquşmaqdan son anda xilas olub. 

"Unikal" xəbər verir ki, bu barədə Britanıyanın "Mirror" nəşri məlumat dərc edib. 

Bildirilir ki, hər iki təyyarə oxşar uçuş yolunda olublar, bu zaman hava trafik nəzarətçiləri pilotlara "diqqət yetirin" və "iPad-dən çıxın" deyərək xəbərdarlıq edib.

Məlumata görə, ABŞ prezidenti Donald Tramp bu gün "Boeing 747" ilə Britaniyaya səfərə gedib. 



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью