Trampın təyyarəsində GÖZLƏNİLMƏZ İNSİDENT

10.09.2026

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hadisə sentyabrın 9-da Endryus Birləşmiş Hərbi Hava Bazasında baş verib. Tramp Respublikaçılar Partiyasının Dallasdakı aralıq seçki konfransına yola düşməzdən əvvəl helikopterlə bazaya gələrək təyyarəyə keçməyə hazırlaşıb.

Jurnalistlər təcili təxliyə üçün nəzərdə tutulan xilasetmə sürüşgəninin təyyarənin gövdəsindən açılandan sonra yerə qədər uzandığını müşahidə ediblər. Qısa müddət sonra ehtiyat variant kimi hazırlanan köhnə "Air Force One" təyyarəsi aviabazaya gətirilib.

Jurnalistlərin suallarını cavablandıran Tramp mütəxəssislərin nərdivan sistemini yoxladıqlarını və təyyarədə hər hansı təhlükəsizlik riskinin olmadığını bildirib.

Təyyarənin təhlükəsizliyi ilə bağlı ehtimallara toxunan Tramp əlavə edib: Hər şey əvvəlcədən yoxlanılıb. Sadəcə əmin olmaq istəyirdilər. Zənnimcə, artıq onu yığışdırıblar. Hər şeyin nöqsansız işlədiyinə əmin olmaq niyyətindədirlər"

Mütəxəssislər qəza nərdivanını sökərək ərazidən uzaqlaşdırdıqdan sonra təyyarə problemsiz şəkildə havaya qalxıb.

Qeyd edək ki, yeni "Air Force One" təyyarəsi yay mövsümünün əvvəlində təqdim olunsa da, istifadəsi vaxtaşırı dayandırılır. İyul ayında Türkiyədə keçirilən sammitdən sonra prezident mümkün raket təhlükəsi səbəbindən ölkəni gizlicə köhnə təyyarə ilə tərk etmiş, Böyük Britaniyadan isə yeni təyyarə ilə qayıtmışdı. Hadisədən sonra Ağ Ev Trampın əlavə təhlükəsizlik tədbirləri tamamlanana qədər köhnə "Air Force One"dan istifadə edəcəyini açıqlamışdı.

Trampın yeni təyyarədən növbəti dəfə sentyabrın sonunda İrlandiyaya nəzərdə tutulan səfəri zamanı istifadə edəcəyi gözlənilir.

Elvin 
Ölkə.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью