“Trampın təzyiqi altında iki NATO ölkəsi müdafiəyə ÜDM in 5 faizini xərcləməyi qəbul edib“…
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
"Bizim üçün döyüş qabiliyyətinə malik olmaq həyati əhəmiyyət kəsb edir..." Litva və Estoniya ABŞ prezidenti Donald Trampın tələbini qəbul edərək, müdafiə üçün öz ÜDM-lərinin 5 faizdən çoxunu ayırmağa söz verən ilk NATO ölkələri olub.
Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.
Nəşr qeyd edir ki, Litva xarici işlər naziri Kyastutis Budris ölkəsinin gələn ildən etibarən və ən azı 2030-cu ilə qədər müdafiəyə ÜDM-in 5-6 faizini ayıracağını bildirib.
Bu, hazırkı səviyyədən təxminən iki dəfə çoxdur. "Əlbəttə ki, təzyiq var və bu, NATO-dakı ən böyük strateji müttəfiqimizin yaxşı və konstruk
"Biz bu siqnalları görməzdən gələ bilmərik. Lakin bu, tək səbəb deyil.
Bizim üçün döyüş qabiliyyətinə malik olmaq həyati əhəmiyyət kəsb edir".
Estoniya baş naziri Kristen Mixal isə ölkəsinin müdafiə xərclərini hazırkı 3,7 faizdən 5 faizə qaldırmaq niyyətində olduğunu bəyan edib.
Tam oxu
Xəbəri oxu