Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Trampa görə neftin hazırkı qiyməti yüksəkdir.
O hələ birinci Prezidentliyi dövründə Səudiyyə Ərəbistanı başda olmaqla OPEC-i qiymətləri süni şəkildə 60 ABŞ dollardan yuxarıda saxlamaqda günahlandırırdı.
Trampa görə neftin dünya bazar qiymətləri 50 dollardan aşağı olmalıdır.
Tramp qonşu ölkələrin, o cümlədən Avropa Birliyi və Çinin ABŞ iqtisadiyyatından və bazarından öz mənfəətləri üçün az istifadə etməli olduqlarını düşünür.
Ümumiyyətlə, ABŞ-ın imkanlarından, maliyyəsindən və yardımından sui-istifadə hallarına son qoymaq onun əsas məqsədidir.
İqtisadiyyatın öz qanunları var. Tramp özü iş adamı kimi bu qanunları yaxşı bilir.
Gözəl başa düşür ki, istənilən istiqamətdə rüsumları artırmaq qiymətlərin yüksəlməsinə gətirib çıxarır, bu isə inflyasiya deməkdir, iqtisadi artımı buxovlayan amildir.
ABŞ iqtisadiyyatı keçən il 2,8% artıbsa, bahalı idxal əməliyyatları bunu cari ilin sonunda 1,5%-ə, növbəti ildə 2,1%-ə endirə bilər.