Trampın ticarət savaşı ABŞ nəhəngini sarsıtdı: “Boeing” yeni müştəri axtarışında… KONKRET

24.04.2025

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-ın təyyarə istehsalçısı “Boeing” Çin hava yollarının sifarişlərini ləğv etməsi səbəbindən təxminən 50 təyyarəni başqa ölkələrə satmaq üçün yeni müştərilərlə danışıqlara başlayıb. Şirkətin baş direktoru Kelli Ortberq bunu “təəssüf doğuran” vəziyyət adlandırıb və problemin həlli üçün ABŞ Prezidenti Donald Tramp ilə birbaşa əlaqə qurduqlarını açıqlayıb.

KONKRET.az xəbər verir ki, Trampın başladığı ticarət savaşı çərçivəsində tətbiq edilən yüksək gömrük rüsumları, Çinin cavab tədbirləri görməsinə səbəb olub. Pekin, ABŞ-dan idxal edilən təyyarələrinə 125 faiz vergi tətbiq etdikdən sonra, iki “Boeing” təyyarəsi ABŞ-a geri qaytarılıb, biri isə yoldadır.

Ortberq əlavə edib ki, həm Boeing, həm də onun əsas rəqibi Airbus, “gömrük vergilərinin olmadığı bir mühiti” üstün tutur. O, Trampdan fərqli olaraq, bir çox iqtisadçı kimi hesab edir ki, tariflər ABŞ istehsalını qlobal liderliyə aparmayacaq.

Aynurə İsmayıl

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью