Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.
Hurriyyet.az xəbər verir ki, Almaniyanın "Audi" avtomobil şirkəti ABŞ Prezidenti Donald Trampın göstərişi ilə gömrük rüsumlarının tətbiq edilməsindən sonra Birləşmiş Ştatlara avtomobil tədarükünü dayandırıb.
Bu barədə "Automobilwoche" portalı məlumat verib.
Aprelin 2-dən sonra ölkəyə aparılmış bütün avtomobillər dayandırılacaq və müvəqqəti olaraq dilerlərə təhvil verilməyəcək.
Şirkətin Birləşmiş Ştatlardakı anbarlarında 37 mindən artıq avtomobil var - yeni məhdudiyyətlər həmin avtomobillərə şamil edilmir, onların satışı davam edəcək.
Hürr Tərcüman