Trampın ticarət tarifləri fayda verir

12.11.2025

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Trampın tarifləri Avropaya gözlənildiyi qədər zərər verməyib.

Bakıvaxtı.az "Politico"ya istinadən xəbər verir ki, bu barədə Avropa Mərkəzi Bankının idarə heyətinin üzvü Martin Koçer bildirib.

O qeyd edib ki, hətta gözlənilənin əksinə, iqtisadi bərpa üzrə ilkin siqnallar görünür. 

Koçer qeyd edib ki, oktyabr ayına aid biznes sorğuları fəaliyyətin artdığını göstərir.

Lakin o, ehtiyatlı olmağı tövsiyə edib:

"Bu, 1930-cu illərdən bəri ən yüksək tariflərdir. Proseslərin dünya iqtisadiyyatına təsirləri olacaq".

Zeynəb Rzayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью