Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Ötən həftələrdə ABŞ Prezidenti Donald Tramp avropalı avtomobil istehsalçılarını əlavə rüsumlarla hədələyirdi. Həm də onlara ABŞ-da zavod qurmaqla rüsumsuz ticarət təklif edilirdi. İndi isə məsələ ilə bağlı bəzi detallar məlum olub.
Avtosfer.az xəbər verir ki, ABŞ mətbuatı bir neçə ay əvvəl olmuş söhbətin üstünü açıb. Məlum olub ki, Mercedesin rəhbəri Ola Kallenius bir müddət əvvəl ABŞ-nin ticarət üzrə dövlət katibi Hovard Lutniklə görüşüb. Peşəkar diplomat Lutnikin təklifi konkret olub: zavodu və qərarvermə mərkəzini ABŞ-yə köçür, istənilən şəraiti yaradaq.
Lakin peşəkar sənayeçi Kallenius belə demək mümkünsə tələyə düşmür. O, okeanın o tayında zavod tikməyə razı olsa da, qərarvermə mərkəzini ABŞ-yə köçürməyə razılıq vermir. İş adamı bunu tarixi ənənə ilə izah edir.
Beləliklə, Trampın böyük bir şirkəti ölkəyə gətirmək planı iflasa uğradı.
Vüqar
Oxunub 6