Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukraynada müharibəni yekunlaşdırmaq
Metbuat.az xəbər verir ki, planı Tramp tərəfindən “Rusiya-Ukrayna xüsusi elçisi” seçilən Keyt Kelloq açıqlayıb.
Planın maddələri Ukrayna üçün böyük itki təşkil edir. Kelloq planının birinci maddəsinə görə Moskvanın siyasi təcridinə son qoyulmalıdır.
Konstruktiv görünən bu məqalədə diqqət çəkən Rusiya Prezidenti Vladimir Putinin adının xüsusi olaraq çəkilməsidir.
Plana görə, Qərb mediası Putin əleyhinə sərt xəbərləri dayandırmalıdır.
Sülh planı Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı danışıqların təxirə salınmasını nəzərdə tutur.
Həmçinin, müharibənin dayandırılması müqabilində Ukrayna Rusiyanın ələ keçirdiyi torpaqların idarəçiliyini işğalçı ölkəyə verməli olacaq.
ABŞ Ukraynadan itirilmiş ərazini Rusiya ərazisi kimi rəsmən tanımasını tələb etmir.