Trampın Ukrayna ilə bağlı sülh planından çıxarılan bənd: Biri bəlli oldu

26.11.2025

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Avropa qırıcılarının Polşada yerləşdirilməsi ilə bağlı müddəa ABŞ-ın Ukraynada sülh nizamlanmasına dair təklif etdiyi plandan çıxarılıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə RMF FM-in efirində Polşa müdafiə nazirinin müavini Pavel Zalevski bildirib.

O, Vaşinqtonun planındakı Avropa qırıcılarının Polşada yerləşdirilməsini nəzərdə tutan bəndin çıxarılıb-çıxarılmadığı ilə bağlı suala cavabında “Bəli, çıxarılıb” deyib.

Zalevskinin qeyd etdiyi kimi, qərara alınıb ki, ABŞ-ın planına NATO ərazisində hər hansı bir şəkildə qüvvələrin yerləşdirilməsi ilə bağlı heç bir müddəa yer almasın. “Ona baxıldı və plana daxil edilməməsi qərara alındı”, – Polşa müdafiə nazirinin müavini bildirib.(publika.az)

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью