Trampın Ukrayna üzrə sülh planının təfərrüatları məlum olub

22.04.2025

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 22 aprel, AZƏRTAC

ABŞ Prezidenti Donald Trampın sülh planına atəşkəsə nəzarət üçün Avropa qoşunlarının Ukraynaya yeridilməsi də daxil ola bilər.

AZƏRTAC xəbər verir ki, “The New York Post” nəşri bu barədə Ağ evdəki mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, əlavə tədbir kimi Ukrayna və Rusiyanın, həmçinin NATO-ya üzv olmayan üçüncü neytral ölkənin iştirakı ilə cəbhə xəttinə nəzarət edəcək birgə komissiyanın yaradılması da nəzərdə tutulur.

Bir müddət öncə o da məlum olub ki, Birləşmiş Ştatlar Ukraynaya sülh planı çərçivəsində Krım yarımadasını Rusiyanın ərazisi kimi tanımağa və NATO-ya üzvlükdən imtina etməyə çağırıb. Vaşinqton hazırda Kiyevdən öz təkliflərinə cavab gözləyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью