Trampın Ukraynadan YENİ TƏLƏBİ: “Yardım yalnız bu halda davam etdiriləcək” VİDEO

04.02.2025

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp yardım müqabilində Ukraynadan nadir torpaq metalları istəyir.
Bizim.Media xəbər verir ki, bu barədə Tramp Ağ Evin Oval Ofisində jurnalistlərə aşıqlamasında deyib.
Tramp bildirib ki, ABŞ nadir torpaq metallarının tədarükü müqabilində Ukraynaya yardımı davam etdirəcək. Tramp Kiyevə verilən yardımın Ukraynanın təklif edə biləcəyi nadir torpaq metalları və digər mallarla dəyişdirilməsini təklif edib.
Ağ Ev rəhbərinin sözlərinə görə, o, bununla Vaşinqtondan Kiyevə verilən təxmini 300 milyard dollarlıq dəstəyi Ukraynanın “kompensasiya” etməsini istəyir.

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью