Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ prezidenti Donald Tramp, ilk müddətində vergi məlumatlarını xəbər təşkilatlarına sızdırdığına görə ABŞ Daxili Gəlir Xidməti və ABŞ Xəzinədarlıq Departamentinə qarşı məhkəmə iddiası qaldırıb.
Turkustan.az xəbər verir ki, Florida ştatının Cənub Rayon Məhkəməsində verilən iddiaya görə, Trampın oğulları Erik Tramp və Donald Tramp kiçik, Tramp Təşkilatı ilə birlikdə ABŞ Daxili Gəlir Xidməti və Xəzinədarlıq Departamentini məhkəməyə verirlər.
Tramp vergi məlumatlarının xəbər təşkilatlarına sızdırılması səbəbindən 10 milyard dollar təzminat tələb edir.
İddia ərizəsində məxfi vergi qeydlərinin sızdırılmasının "maliyyə zərərinə səbəb olduğu, ictimai rüsvayçılığa səbəb olduğu, işgüzar nüfuzuna ədalətsiz şəkildə xələl gətirdiyi və qeydləri təhrif etməklə Prezident Trampın və digər iddiaçıların ictimai nüfuzuna mənfi təsir göstərdiyi" iddia edilir.
Aytən Yaşar/ Turkustan.az