Trampın vəzifəyə gələn kimi edəcəyi ilk iş məlum oldu

15.11.2024

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Noyabrın 5-də keçirilən seçkilərdə ABŞ-da yenidən prezident seçilən Donald Trampın vəzifəyə başlayacağı gün ilk işi müəyyənləşib.

Milli.Az xəbər verir ki, ABŞ-ın 47-ci prezidenti seçilən Donald Tramp vəzifəsinin ilk günündə İsrailə silah və döyüş texnikasının ötürülməsinə qoyulan bütün məhdudiyyətləri və gecikmələri aradan qaldıracağına söz verib.

Tramp ailəsi ilə belə görüntüləndi - FOTOlar ABŞ-ın müdafiə naziri namizədindən qəribə açıqlama: "10 ildir əllərimi yumuram" - VİDEO

İsrail mediası Trampın bu vədi prezident seçkilərindən dərhal sonra Netanyahu ilə telefon danışığında verdiyini yazıb.

Qeyd edək ki, ABŞ-da noyabrın 5-də keçirilən seçkilərdə prezident seçildikdən sonra Trampla Netanyahu üç dəfə telefonla danışıb. Tramp 2025-ci il yanvarın 20-də Ağ Evdə prezident səlahiyyətlərinin icrasına başlayacaq.

Nərmin 
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью